ice berg

ice berg Sağlamlıq 20-02-2025, 14:00

Saat 9-dan sonra səhər yeməyi yemək psixi sağlamlığa ZƏRƏRLİDİR

Saat 9-dan sonra səhər yeməyi yemək psixi sağlamlığa ZƏRƏRLİDİR
Sian Ciaotun Universitetinin birinci kliniki xəstəxanasından olan alimlər müəyyən ediblər ki, səhər yeməyini saat 9-dan sonra yeyən insanlarda depressiya simptomları 28 faiz daha tez-tez meydana çıxır.

Loading.aZ xarici KİV-ə istinadla saat 9-dan sonra yeyilən səhər yeməyinin zərərlərini sadalayır.

Tədqiqatçılar 11 il ərzində 24 minə yaxın yetkin könüllünün qidalanma vərdişlərini təhlil edərək onların sağlamlıq vəziyyətindəki dəyişiklikləri izləyiblər. Alimlər iştirakçıların səhər yeməyini mütəmadi yeyib-yemədiyini, həmçinin ilk qida qəbulunun günün hansı saatında baş verdiyini qeyd edib.

Məlum olub ki, səhər yeməyini saat 9-dan sonra yeyən kişilər və qadınlar arasında pis əhval-ruhiyyə və psixi sağlamlıq problemləri 30%-ə qədər daha çox rast gəlinir. Eyni zamanda, ilk yemək qəbulunu saat 8:00-dan əvvəl tamamlayan insanlarda bu problemlər daha az müşahidə olunur.

Araşdırma həmçinin göstərib ki, ümumiyyətlə, səhər yeməyindən imtina etmək də psixi vəziyyətə və emosional balansın pozulmasına mənfi təsir göstərir.

Alimlər fərz edirlər ki, səhər yeməyini gecikdirmək ,yaxud, ümumiyyətlə, onu buraxmaq yuxu problemlərinə, fiziki aktivliyin azalmasına və həyat motivasiyasının zəifləməsinə səbəb ola bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
341 280 177 196 161 184

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.