Sonata_kl

Sonata_kl özünü 😐 narahat hiss edir Xəbərlər 22-02-2025, 16:30

Qarlı havada neçə nəfər xəsarət alıb?

Qarlı havada neçə nəfər xəsarət alıb?
Qarlı hava şəraiti ilə əlaqədar indiyədək 84 nəfər xəsarət alıb.

Bu barədə loading.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar indiyədək 41-i qadın, 43-ü kişi olmaqla, 84 nəfərin müraciəti qeydə alınıb. Onlardan 79 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub.

"Müraciət edənlərdən 5 nəfərə yerində yardım olunub", - məlumatda qeyd edilib.

***

Qarlı havada 165 nəfər xəsarət alıb.

Bu barədə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan bildirilib.

Qeyd olunub ki, hava şəraiti ilə əlaqəli olaraq indiyə qədər xəsarət alan 165 nəfər instituta müraciət edib.

Bildirilib ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
295 283 140 160 145 176

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.