Okaidi

Okaidi Xəbərlər 22-02-2025, 22:30

Çində yeni koronavirus aşkar edildi

Çində yeni koronavirus aşkar edildi
Çində bir qrup alim yarasalarda insanları yoluxdurmaq potensialı olan yeni koronavirus aşkar edib.

"Take.Az" xəbər verir ki, bu barədə məlumatı Quancou Elmlər Akademiyası, Uhan Universiteti və Uhan Virusologiya İnstitutunun alimlərinin apardığı araşdırmaların nəticələrinə istinadən "South China Morning Post" yayıb.

"HKU5-CoV-2" olaraq adlandırılan yeni virusun insan hüceyrələrini də yoluxdura bildiyi qeyd olunub.

Alimlər hələ panika üçün əsas olmadığını da vurğulayıblar. Bildirilib ki, yeni virusun effektivliyi COVID-19-da olduğundan əhəmiyyətli dərəcədə azdır.

Bununla belə, mütəxəssislər hesab edirlər ki, virusun daha diqqətli araşdırılmasına ehtiyac var.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
360 316 180 171 155 152

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.