cabir

cabir Xəbərlər 23-02-2025, 09:30

MN-dən döyüş mövqeləri ilə bağlı AÇIQLAMA

MN-dən döyüş mövqeləri ilə bağlı AÇIQLAMA
Azərbaycan Ordusunun, xüsusilə dağlıq, çətin relyef və iqlim şəraitli ərazilərdə dislokasiya olunmuş bölmələrinin təminat məsələlərinə ciddi nəzarət edilir. Sun.Az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, ordunun dayaq məntəqələri və döyüş mövqelərində bütün növ ehtiyatlar yaradılıb. "Şəxsi heyətin gündəlik xidməti fəaliyyəti zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etməsi, eləcə də ölkəmizdə qış aylarında havaların soyuq keçməsi ilə əlaqədar mövsümi xarakter daşıyan respirator virus infeksiyalarından qorunması ilə bağlı bütün zəruri tədbirlər həyata keçirilib", - Müdafiə Nazirliyindən bildirilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
318 291 141 134 154 216

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.