ice berg

ice berg Xəbərlər 23-02-2025, 20:00

Ərdoğan yenidən AKP başqanı seçildi

Ərdoğan yenidən AKP başqanı seçildi
Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) bu gün Ankarada keçirilən 8-ci növbədənkənar qurultayında ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən başqan seçilib.

loading.az xəbər verir ki, bu barədə partiyanın “X” hesabında paylaşım edilib.

Bununla partiyanın idarə heyəti də yenilənib.

AKP-nin 8-ci növbədənkənar qurultayı Ankara İdman Salonunda keçirilib.

Ərdoğan salonun girişinə gələrək havanın -11 dərəcə soyuq olmasına baxmayaraq toplaşan 60 min insan qarşısında çıxış edib. Daha sonra o, salondakı coşğu ilə birgə yeni idarə heyətini açıqlayıb.

Bildirib ki, İdarə Heyətində 40 faiz kadr dəyişiklikləri olub. İdarəetməyə isə yeni adlar qatılıb.

Bu siyahıda Mövlud Çavuşoğlu və məşhur türk futbolçu Məsud Özilin də adı var.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
348 341 187 165 157 139

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.