ice berg

ice berg Avto Dünya 24-02-2025, 15:00

BYD yeni avtomobilini təqdim etdi

BYD yeni avtomobilini təqdim etdi
Çin avtomobil istehsalçısı BYD "FangChengBao Leopard 5" yolsuzluq avtomobilinin yenilənmiş versiyasını təqdim edib.

loading.az bu barədə "Autohome" nəşrinə istinadla xəbər verir.

Yenilənmiş avtomobilin əsas xarici fərqi damda "Huawei Qiankun Intelligent Driving" sistemi tərəfindən istifadə edilən lazer radarının olmasıdır.

“Bundan əlavə, əvvəllər yayımlanan təsvirdə dronla təchiz edilmiş, damda pilotsuz təyyarə üçün yer və kiçik lyuk olan versiya göstərilib”, - nəşr qeyd edir.

Bundan əlavə, avtomobildəki qoruyucu plastik bəzək elementləri kuzovun rənginə boyanıb. Tam ötürücülü yolsuzluq avtomobili elektrik ötürücü ilə təchiz edilib, lakin onun konstruksiyasında akkumulyatorun doldurulmasına xidmət edən 1,5 benzin mühərriki də var.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
387 319 224 208 236 265

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.