cabir

cabir Xəbərlər 1-03-2025, 20:52

5 nəfərin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlayıb

5 nəfərin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlayıb
Ağcabədidə 5 nəfərin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlayıb.

Sun.Az report-a istinadən xəbər verir ki,faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü ( yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlayıb, müvafiq ekspertizalar təyin edilib.

Qeyd edək ki, ötən gün hadisə rayonun Xocavənd kəndi ərazisində baş verib.

"Mercedes", "Hyundai" və "VAZ" markalı avtomobillərin iştirakı ilə zəncirvari qəza baş verib.

Nəticədə 1990-cı il təvəlldlü Hüsiyev Vüsal Məmməd oğlu, 1991-ci il təvəllüdlü Əmrahov Sənan Aqil oğlu, 1992-ci il təvəllüdlü Aslanov Azər Fəyyaz oğlu, 2007-ci il təvəllüdlü Ələsgərov Asiman Yaşar oğlu və 2002-ci il təvəllüdlü Aslanlı Elbəy Mövsüm oğlu hadisə yerində ölüb.

Qəzada 5 nəfər isə müxtəlif növ bədən xəsarətləri alıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
318 282 188 187 196 205

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.