ice berg

ice berg Programlar 1-03-2025, 22:11

“Skype” bağlanır?

“Skype” bağlanır?
“Microsoft” 2025-ci ilin mayında “Skype” messencer və videozəng xidmətini bağlaya bilər.

Loading.az xəbər verir ki, bu barədə “XDA Developers” portalı yazır.

“May ayından etibarən “Skype” artıq mövcud olmayacaq. Zənglər və çatlar üçün “Teams”dən istifadə edin”, - nəşr bildirib.

Portalın oxucularından biri qeyd edib ki, “Skype”ın “Windows” üçün yeni beta versiyasında xidmətin bağlanması ilə bağlı məlumat sətiri var.

“Microsoft” şirkəti isə “Skype”ın bağlanması barədə rəsmi açıqlama verməyib.

Qeyd edək ki, “Skype” 2003-cü ildə isveçli İT sahibkar Niklas Zennström və danimarkalı biznes tərəfdaşı Janus Fri tərəfindən təsis edilib. 2011-ci ildə “Microsoft” tərəfindən alındıqdan sonra “Skype” tamamilə “Azure” platformasına keçdi. 2017-ci ildə isə “Microsoft” “Skype” texnologiyasına əsaslanan “Teams”i istifadəyə verdi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
345 321 184 234 259 213

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.