AzizA

AzizA Sağlamlıq 2-03-2025, 19:00

Tez hazırlanan sıyıq və pürelərin sağlamlığa TƏHLÜKƏSİ

Tez hazırlanan sıyıq və pürelərin sağlamlığa TƏHLÜKƏSİ
Tez hazırlanan sıyıqlar diabet və aterosklerozun yaranmasına səbəb ola bilər.

Bu barədə rusiyalı bioloq, Rusiya Dövlət Təhsil Universitetinin Təbiət Elmləri fakültəsinin dekan səlahiyyətlərinin icraçısı İrina Lyalina müsahibəsində danışıb.

Bioloqun sözlərinə görə, məhsul yüksək glisemik indeksə malikdir ki, bu da qanda şəkərin kəskin sıçrayışlarına və tədricən də insulin rezistentliyinə (insulinə müqavimət) gətirib çıxara bilər.

"Tez hazırlanan sıyıq və pürelər sağlamlığa, xüsusən də ürəyə mənfi təsir göstərə bilər. Tərkibindəki yüksək glisemik indeks zamanla insulin rezistentliyinə və 2-ci tip diabetə, pis xolesterinin səviyyəsinin artmasına və nəticədə ateroskleroz və hipertoniya riskinin yüksəlməsinə səbəb ola bilər", - deyə İrina Lyalina bildirib.

Mütəxəssis qeyd edib ki, bu cür məhsulların tərkibində çox miqdarda duz ola bilər və bu da bədəndə mayenin saxlanmasına, qan təzyiqinin artmasına səbəb olur, həmçinin ürəyə əlavə ağırlıq verir. Bu, Lyalinanın fikrincə, ürək-damar xəstəliklərinin inkişaf ehtimalını artırır.

"Həmçinin bəzi tez hazırlanan kartof pürelərinin tərkibində palma yağı və hidrogenləşdirilmiş yağlar var ki, bu da "pis" xolesterinin səviyyəsini yüksəldir və qan damarlarında iltihab və laxtalanma riskini artırır", - deyə bioloq vurğulayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
354 324 217 188 184 148

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.