Ganbarofh

Ganbarofh Xəbərlər 7-09-2017, 11:04

Qazla bağlı əhaliyə şad xəbər - Bundan sonra...

Qazla bağlı əhaliyə şad xəbər - Bundan sonra...

Bakıda yol qəzası zamanı zədələnən qaz borusu bərpa olunub.

Bu barədə Trend-ə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin əməkdaşı deyib.

Qurum rəsmisi bildirib ki, hadisə baş verəndən dərhal sonra "Azəriqaz"ın təmir-tikinti briqadası əraziyə cəlb edilib və zədələnmiş qaz borusu təmir edilib. Hazırda Sabunçu qəsəbəsində qazın verilişində problem yoxdur.

Xatırladaq ki, bu gün günorta saatlarında Sabunçu rayonunun Zabrat-Maştağa avtomobil yolunda "Mətanət-A" şirkətinə məxsus 90 JS 731 dövlət nömrə nişanlı "Hyundai" markalı yük avtomobili yüksək sürətlə hərəkət edərək həmin yolda işıqforun qırmızı işığının tələbini pozub qarşıdan gələn "Mercedes S klass" markalı gəlin maşınının yoluna çıxıb və toqquşub. Daha sonra yük avtomobili idarəetməni itirərək yolun kənarındakı qaz borusuna çırpılaraq aşıb. Nəticədə qaz xəttinə ziyan dəyib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
578 560 533 473 579 495

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.