cabir

cabir Xəbərlər 6-03-2025, 13:30

Bakı-Quba yolu qismən bağlanır

Bakı-Quba yolu qismən bağlanır
Martın 8-i saat 10:00-dan etibarən M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Sun.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildrilib ki, bu, yolun 102-ci kilometrində yolötürücüdə və kanal üzərində yerləşən körpüdə aparılacaq təmir işləri ilə əlaqədardır.

Məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
253 283 179 119 177 171

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.