ice berg

ice berg Sevgi 8-03-2025, 23:00

Hər gün özümdən azaldım, sənlə çoxaldım

Hər gün özümdən azaldım, sənlə çoxaldım
Mən səni sevdiyimdə, qazandığımı düşünmüşdüm. O isə hər gün özümdən azaldım, sənlə çoxaldım. Gülərkən xoşbəxt olduğumu düşündüm, məgər ki acılara dolacaq yer açırmışam. Hər gün sənə tələsib, gəldiyimdə anlamamışdım bir gün həsrətə qucaq açacağını. Sənlə keçən hər anın sərxoşluğunda ikən nə bilərdim ayrıldığım zaman bitməyən gecələrin qaranlığında itib, batacağımı...
Mən sənlə xəyallar qurduğumda məgər ki sənsiz bir həyatın xəyalları imiş aramızda gəzən. Sənlə bir ömür yaşamaq istəyirəm dediyimdə çox sonralar anladım məndə bir ömür yaşayacağını. Anlamını axtarmadığım təbəssümünlə güləm hər yerim indi acıyır. O acıları gizlətmək üçün gözəl gülməyi öyrəndi dodaqlar. Bir zaman acılara xoş gələn gülüşünün bənzəri indi acılarımı gizlətmək üçün məndədir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
355 386 225 277 255 259

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.