ice berg

ice berg Sağlamlıq 7-03-2025, 15:00

Yazda niyə qrip oluruq? - Həkimdən AÇIQLAMA

Yazda niyə qrip oluruq? - Həkimdən AÇIQLAMA
Mövsümi xəstəliklər, xüsusilə qrip, təkcə soyuq aylarda deyil, yazda da insanları narahat etməyə davam edir. Havaların istiləşməsi ilə birlikdə bir çox insan özünü halsız hiss edir, öskürək, burun axıntısı və digər oxşar simptomlarla qarşılaşır. Bəs yaz aylarında yayılan bu xəstəliklərin səbəbi nədir?

Terapevt-həkim Arzu Hüseynova açıqlamasında bildirib ki, mövsümi qrip insanların yaşadığı coğrafi əraziyə görə fərqli dövrlərdə maksimum həddə çata bilər. Məsələn, Şimal yarımkürəsində qripin ən çox yayıldığı dövr oktyabr-mart ayları, Cənub yarımkürəsində isə aprel-sentyabr ayları arasına təsadüf edir.
Ətraflı

Onun sözlərinə görə, insanların belə xəstəliklərə məhz bu dövrlərdə daha çox yoluxmasının bir neçə əsas səbəbi var:

“Birincisi, qış aylarında bizim hava ilə, yəni günəşlə təmasımız azalır, daha çox otaq şəraitində oluruq. Soyuq havaya görə bayırda az vaxt keçiririk, həm də günəş işığı az olduğuna görə orqanizmimizə lazımi qədər D vitamini daxil olmur. Qidalanma da burada mühüm rol oynayır. Yay aylarında daha çox meyvə, tərəvəz, vitaminlə zəngin qidalar qəbul edirik. Qışda isə baxmayaraq ki, meyvə yeyirik, lakin onların tərkibindəki vitaminlərin miqdarı azalır. Çünki meyvələrin daha çox vitaminləşməsi üçün onlar günəş şüaları altında yetişməlidir. Qış fəslində isə əsasən istixana şəraitində yetişdirilmiş məhsulları qəbul edirik. Bu da immun sisteminin zəifləməsinə səbəb olur”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
282 281 185 191 171 199

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.