cabir

cabir Xəbərlər 8-03-2025, 16:30

BDYPİ paytaxtdan Quba istiqamətində gedən sürücülərə xəbərdarlıq edib

BDYPİ paytaxtdan Quba istiqamətində gedən sürücülərə xəbərdarlıq edib
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) yolda tətbiq ediləcək məhdudiyyətlə bağlı xəbərdarlıq edib. Sun.Az -ın xəbərinə görə, bu barədə BDYPİ məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına əsasən, M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 102-ci kilometrində yolötürücü və kanal üzərində yerləşən körpüdə aparılacaq təmir işləri ilə əlaqədar olaraq, 2025-ci il 8 mart tarixində, saat 10:00-dan etibarən yolun sözügedən hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb. Məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

BDYPİ hərəkətin təşkilində ediləcək dəyişiklikləri nəzərə alaraq, sürücülərdən yolun sözügedən hissəsində daha diqqətli olmağı, müvəqqəti yol nişanlarının tələblərinə qeyd-şərtsiz əməl etməyi, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaradan hərəkətlərdən çəkinməyi xahiş edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
292 302 176 146 170 165

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.