AzizA

AzizA İdman 10-03-2025, 13:00

Azərbaycan taekvondoçuları Niderlandda keçirilən yarışda 16 medal qazanıblar

Azərbaycan taekvondoçuları Niderlandda keçirilən yarışda 16 medal qazanıblar
Azərbaycanın yeniyetmə taekvondoçuları Niderlandın Eyndhoven şəhərində keçirilən 52-ci açıq çempionatın ikinci günündə 5 qızıl, 5 gümüş, 6 bürünc medal qazanıblar. Taekvondo Federasiyasından verilən məlumata görə, Sabir Məmmədli (33 kq), Rüqəyya Əliyeva (33 kq), Nicat Nadirov (41 kq), Yusif Nağızadə (57 kq) və Rəsul Cavadzadə (61 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Elmira Bayrak (41 kq), Musa Süleymanlı (37 kq), Əbil Mehralı (45 kq), Ədiş Cəlilov (49 kq), Gülnaz Abdullayeva (59 kq) gümüş, Mədinə Aslanlı (29 kq), Tapdıq Quluzadə (33 kq), Kənan Bayramlı (37 kq), Cavidan Heydərzadə (41 kq), Akif Əliyev (45 kq) və Saleh Heydərov (53 kq) isə bürünc medala yiyələniblər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
257 316 180 182 161 148

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.