AzizA

AzizA Mətbəx 13-03-2025, 10:30

Naxçıvan çöçəsi

Naxçıvan çöçəsi
Xəmir:
550 qram un
1/2 çay qaşığı duz
160 qram kərə yağı
1 ədəd yumurta
110 qram xama
110 ml süd
1 çay qaşığı şəkər tozu
1 silmə çay qaşığı maya

Bütün ərzaqlar otaq temperaturunda olmalıdır. Xəmir üçün bütün inqredientləri qarışdırıb yoğurun. Üzərini örtüb, 1 saat normal otaq temperaturunda mayalandırın.

İçlik:
4 ədəd soğan
Zövqə görə duz, istiot, sarıkök
200-250 qram qoz ləpəsi
Kərə yağı

Soğanı ətçəkən maşından keçirib, suyunu bir sıxın. Bol kərə yağının üzərinə soğanı əlavə edib qarışdıraraq qovurun. Sonra çəkilmiş qozu da buraya əlavə edib bir az qovurun. Duz və ədviyyatları qatıb son dəfə qarışdırın. Tam soyudun.

Üzəri üçün:
2 ədəd yumurta sarısı
1 xörək qaşığı duru yağ

Xəmirdən 50 qramlıq kündələr hazırlayın. Məndə 19 ədəd kündə alındı. Oxlovla bir az açıb içinə içlik qoyub ağzını bağlayın, kənarlarını şəkərbura kimi bükün. Hazırladığınız çöçələrin üzərinə yumurta sarısı çəkib, çəngəllə 3 yerdən deşin. 180C-də isidilmiş sobada altı-üstü qızarana kimi bişirin. Bu qədər🤍

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
303 305 192 213 244 204

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.