Muradzadə

Muradzadə Şeirlər 13-03-2025, 21:30

Suallar

Suallar


Dərdi deyəmmirsən əzir, öldürür,
Səni vicdanından asır öldürür,
Səni səndən alır, kəsir,öldürür,
Hər gün ürəyini didən suallar.

Taleyin yazısı, ya ömür payı,
Heç yorma özünü məncə havayı,
Səndən izn almaz həyatın boyu,
İmza tək ömrünə bitən suallar.

Yenə də qəlbinə gəlib bitəcək,
Gah ora çəkəcək, bura çəkəcək,
Əsaslı, əsassız qara şübhə tək
Könlünə, qəlbinə çökən suallar.

Çətindir vicdanın mühakiməsi,
Ağılla ürəyin müharibəsi,
İnsanın özüylə mübarizəsi;


Zülfüqar , eyləmə özünü hədər,
Doğrunu söylədim,məndən bu qədər,
Səni incidəcək sonuna qədər,
Zərbə tək köksünə dəyən suallar.

Fərid Muradzadə

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
436 421 280 256 314 275

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.