HASANLY

HASANLY Xəbərlər 14-03-2025, 12:18

KİV: "ABŞ Panama kanalını hərbi yolla tutmaq planı hazırlayıb"

KİV: "ABŞ Panama kanalını hərbi yolla tutmaq planı hazırlayıb"
Amerikalı hərbçilər ABŞ Prezidenti Donald Trampın Administrasiyasının əmri ilə Panamada Birləşmiş Ştatların hərbi varlığının genişləndirilməsinin bir neçə variantını, o cümlədən Panama kanalının ələ keçirilməsi üzrə əməliyyatı işləyib hazırlayıblar.

Loading.Az xəbər verir ki, bu barədə "NBC News" telekanalı mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin sözlərinə görə, hərbi gücdən istifadə ehtimalı Panama tərəfinin hərbi qurumlar xətti ilə ikitərəfli tərəfdaşlığı dərinləşdirməyə hazır olmasından asılıdır:

"Tramp administrasiyasının məqsədi Çinin Panama kanalı administrasiyasına təsirini azaltmaqdır. Hazırda Panamada cəmi 200-ə yaxın amerikalı əsgər və zabit var, onların arasında xüsusi təyinatlı bölmələr mövcuddur".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
786 820 177 140 187 159

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.