Aleyna Tilkinin şəxsi şəkilləri dələduzların əlinə keçdi
Şəxsi məlumatlarının və fotoşəkillərinin oğurlandığını, şantaj edildiyini iddia edən məşhur müğənni Aleyna Tilkinin məhkəmə prosesi davam edir. Sun.Az türk mediasına istinadən xəbər verir ki, məhkəmədə şahid qismində dinlənilən Asena Altınkanat Bayram Aleyna Tilkinin atasının bütün ailə biznesi ilə məşğul olan köməkçisi olduğunu bildirib. Asena Altınkanat Bayram: "Şirkətin elektron poçtlarına baxdığımda sizin şəxsi məlumatlarınız və şəxsiyyət nömrələriniz məndə var, yayılacaq mesajını aldım, mənimlə əlaqə saxlayın, deyə yazılmışdı. Mən də bu məktubu Aleyna Tilkinin atasına bildirdim" deyə ifadəsində qeyd edib.






