"Ermənistanın son iki maddəni qəbul etməsi sülh sazişinin yaxın gələcəkdə imzalanacağını düşünməyə əsas verir" - Politoloq
Azərbaycan-Ermənistan sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb.Son açıq qalan iki maddəni Ermənistan artıq qəbul etdiyini Azərbaycana çatdırıb. Bundan sonra münasibətlərin necə irəliləməsi gözlənilir?
Mövzu ilə bağlı Sun.Az -a politoloq Elşən Manafov bildirib ki, Ermənistan sülh sazişinin mətni üzərində indiyədək mübahisəli olan son iki maddəni də qəbul edib və bu perspektivdə tərəflər arasında sülh sazişinin yaxın gələcəkdə imzalanacağını düşünməyə əsas verir. Lakin Ermənistan öz əsas qanununda da Azərbaycana yönəli ərazi iddialarından rəsmən imtina etməlidir. Bu isə referendumun keçirilməsindən sonra mümkündü:
"Erməni iqtidarı konstitusiyanın mətnində bəlli müddəaların Azərbaycan tərəfinin tələbi ilə ləğv edilməsi tələblərini ört-basdır etməyə çalışır. Paşinyanı bu məsələdə narahat edən amil müxalifətin seçkilər ərəfəsində bu amildən öz xeyrinə istifadə edə biləcəyi ilə bağlı məqamlardır. Müxalifət Paşinyanı Azərbaycanla danışıqlarda təslimçi mövqelərdə durduğunu iddia etməklə,onun ümummilli maraqlara xəyanət etdiyini qabartmaq və bu qara piardan öz konyuktur maraqları naminə istifadə etmək niyyətindədir.Paşinyan isə, bunlardan ehtiyat edərək konstitusiya islahatları və referendumla bağlı məsələlərin Avropa Birliyinə inteqrasiya zərurətindən irəli gəldiyini,Ermənistan qanunvericiliyinin Avropa standartlarına uygunlaşdırılması amilləri ilə izah etməyə çalışır.
Əlbəttə, rəsmi Bakı üçün əsas olan Ermənistan konstitusiyasında bizə yönəli ərazi iddialarının ləğvidir və bu proseslərin hansı ad altında baş tutacağı bir o qədər də böyuk önəm daşımır.
Sülh müqaviləsinin imzalanmasına mane ola biləcək digər amil rəsmi Bakının ATƏT-in Minsk qrupunun fəaliyyətinə xitam verilməsi və ümumiyyətlə onun ləğvi ilə bağlı mövqeyinə Ermənistan tərəfindən olan fərqli baxışdır.
Avropa ilə münasibətləri genişləndirmək və ona inteqrasiya proseslərini sürətləndirmək üçün rəsmi İrəvan Minsk qrupunun saxlanılmasını məqbul bilir,digər tərəfdən Ermənistanı bu məsələdə cəlb edən əsas amil Minsk qrupunun münaqişə tərəflərinə münasibətə həmişə ikili mövqeyi,xristian təəssübkeşliyi,obyektivlikdən uzaq mövqe sərgiləməsi olub. Bu qrup mövcud olduğu dönəmdə Azərbaycana munasibətdə qərəzli mövqeyi ilə yadda qaldığından rəsmi Bakı onun bundan sonra fəaliyyətində lüzum görmür".