ice berg

ice berg Məsləhətlər 17-03-2025, 13:00

Gün ərzində neçə saat televizora baxmaq olar?

Gün ərzində neçə saat televizora baxmaq olar?
Alimlər ürəyinizə zərər vermədən nə qədər televizora baxmaq müddətini müəyyən ediblər.

Loading.aZ medicina.az-a istinadən xəbər verir ki, Honkonq Universitetinin alimləri infarkt, insult və aterosklerozdan qorunmaq üçün televizora baxmaq vaxtını gündə bir saatla məhdudlaşdırmağı irəli sürüblər.

Ateroskleroz damarların divarlarında yağlı "lövhələrin" əmələ gəlməsi səbəbindən baş verir. Damarların daralması və belə bir lövhənin ayrılması ürək xəstəliyinə səbəb ola bilər.

Şəkər xəstəliyi və oturaq həyat tərzi aterosklerotik ürək-damar xəstəlikləri üçün əsas risk faktorlarıdır. İnsanlar xüsusilə televizor ekranlarının qarşısında oturaraq vaxt keçirirlər.

Sağlamlığınıza zərər vermədən televizora nə qədər baxa biləcəyinizi öyrənmək üçün elm adamları 2-ci tip diabetə müxtəlif genetik meylləri olan 346 min 916 Böyük britaniyalının iştirakı ilə araşdırma aparıblar.

Nəticələr göstərib ki, gündə iki saatdan çox televizora baxanların aterosklerotik ürək-damar xəstəliyindən əziyyət çəkmə ehtimalı 12% çoxdur.

Bu təsir diabet üçün genetik riskdən asılı olmayaraq müşahidə edilib.

Şəkərli diabetə meylli olan iştirakçılar gündə bir saatdan çox televizora baxmasalar, aterosklerozun inkişaf riski artmır.

Alimlər deyirlər ki, oturma vaxtının azaldılması sağlamlığın yaxşılaşdırılması üçün mühüm vasitədir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
266 290 164 191 168 161

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.