Mənim, səndə vaxtım qalıb
Mənim kimi xəstələrin
Tapılmır ki,əlacları.
Biraz, həyat yorur məni
Biraz, Bakı tıxacları.
Biraz, səni düşünürəm
Həmişəki yerimizdə.
Yaxşıdı da, nəsə qalıb,
İkimizdən birimizdə.
Günah, yəqin, məndə olub
Günah olmur gedənlərdə.
Tez-tez səni axtarıram,
Başqa-başqa bədənlərdə.
Mənim, səndə vaxtım qalıb,
Qaytararsan, vaxtın olsa.
Səndə də, heç günah yoxdu.
Qız olmazdın, baxtın olsa.
Bir şüşəlik deyil bu dərd
Gərək yeşik-yeşik alım.
Görən, səni unutmağa,
İt saxlayım,pişik alım?!
Görən, səni unutmağa
Bəs edərmi şəkillərin!?
Sən gedəni düşməniyəm
-Bütün soyuq fəsillərin.
Yaxşı, bir de, necəsən e?
Xoşbəxtsənmi uzaqlarda?
Görən, yenə, sən güləndə,
Batıq qalır yanaqlarda?!
Sən ərköyün,mən qürurlu
Od və barıt aralığı.
Gözlərinə çəkib biraz,
Talehimin qaralığı.
Getmisənsə, qayıtma heç.
Bizimki çox gedə bilməz.
Bir maşında iki nəfər
Sürücülük edə bilməz.
Hacı Biləcərili
Tapılmır ki,əlacları.
Biraz, həyat yorur məni
Biraz, Bakı tıxacları.
Biraz, səni düşünürəm
Həmişəki yerimizdə.
Yaxşıdı da, nəsə qalıb,
İkimizdən birimizdə.
Günah, yəqin, məndə olub
Günah olmur gedənlərdə.
Tez-tez səni axtarıram,
Başqa-başqa bədənlərdə.
Mənim, səndə vaxtım qalıb,
Qaytararsan, vaxtın olsa.
Səndə də, heç günah yoxdu.
Qız olmazdın, baxtın olsa.
Bir şüşəlik deyil bu dərd
Gərək yeşik-yeşik alım.
Görən, səni unutmağa,
İt saxlayım,pişik alım?!
Görən, səni unutmağa
Bəs edərmi şəkillərin!?
Sən gedəni düşməniyəm
-Bütün soyuq fəsillərin.
Yaxşı, bir de, necəsən e?
Xoşbəxtsənmi uzaqlarda?
Görən, yenə, sən güləndə,
Batıq qalır yanaqlarda?!
Sən ərköyün,mən qürurlu
Od və barıt aralığı.
Gözlərinə çəkib biraz,
Talehimin qaralığı.
Getmisənsə, qayıtma heç.
Bizimki çox gedə bilməz.
Bir maşında iki nəfər
Sürücülük edə bilməz.
Hacı Biləcərili







