cabir

cabir Xəbərlər 22-03-2025, 12:00

Bakıda narkotik vasitənin təsiri altında motosiklet idarə edən sürücü həbs olundu

Bakıda narkotik vasitənin təsiri altında motosiklet idarə edən sürücü həbs olundu
Narkotik vasitənin təsiri altında motosiklet idarə edən daha bir sürücü həbs edilib. Sun.Az xəbər verir k, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən sürücülük hüququ olmadan, dövlət qeydiyyat nişansız və səkidə piyadaların hərəkətinə maneə yaradan "Minsk" markalı nəqliyyat vasitəsinin sürücüsü Surac İbrahimov saxlanılıb.

Sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı S.İbrahimovun narkotik vasitə qəbul etməsi də aşkarlanıb.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə S.İbrahimov qırx beş gün müddətinə inzibati qaydada həbs edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
217 240 147 155 155 200

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.