cabir

cabir Xəbərlər 22-03-2025, 14:30

Putin Trampa hədiyyə göndərib

Putin Trampa hədiyyə göndərib
"Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampa onun rusiyalı rəssam tərəfindən çəkilmiş portretini hədiyyə edib". Sun.Az rg.ru-ya istinadla xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff jurnalist Taker Karlsona müsahibəsində deyib.

"Prezident Putin Rusiyanın aparıcı rəssamına prezident Trampın gözəl portretini sifariş verib. Putin portreti Trampın evinə aparmağı xahiş edərək, onu mənə verdi" , - deyə S.Uitkoff vurğulayıb.

Xüsusi nümayəndə əlavə edib ki, portreti artıq ünvana təhvil verib.

Xatırladaq ki, S.Uitkoff martın 13-də Moskvada V.Putinlə görüşüb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
220 266 194 188 167 175

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.