ice berg

ice berg Avto Dünya 23-03-2025, 17:08

Minik avtomobilləri istehsal edən ən böyük ölkələr - SİYAHI

Minik avtomobilləri istehsal edən ən böyük ölkələr - SİYAHI
Çin bir il ərzində təxminən 31,3 milyon avtomobil istehsal edərək dünyanın ən böyük avtomobil istehsalçısı olaraq qalır.

2024-cü ildə qlobal avtomobil istehsalı 2023-cü ilə nisbətən 1 faiz azalaraq 92,5 milyon ədəd olub.

Loading.aZ xarici KİV-ə istinadla bildirir ki, bu barədə Ümumdünya Avtomobil İstehsalçıları Təşkilatı (OISA) məlumat yayıb.

Qeyd olunur ki, bu rəqəmin ən böyük payı minik avtomobillərinə düşür ki, bunun da 67,7 milyon ədədi istehsal edilib (-1 faiz).

İstehsal olunan yüngül kommersiya avtomobilləri - 20,9 milyon ədəd (-3 faiz) olub. Böyük yük maşınları - 3,6 milyon ədəd (-2 faiz), avtobuslar - 291 min ədəd (+17 faiz) təşkil edib.

Çin ildə təxminən 31,3 milyon ədəd istehsal etməklə dünyanın ən böyük avtomobil istehsalçısı olaraq qalır. Nəqliyyat vasitələri - (+4%).

İkinci yeri ABŞ tutur - 10,5 milyon ədəd (-1 faiz). Üçüncü yerdə Yaponiyadır - 8,2 milyon ədəd (-9 faiz).

İlk beşlikdə bu ölkələr də yer alıb: Hindistan - 6 milyon ədəd (+3 faiz) və Meksika 4,2 milyon ədəd (+5 faiz).

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
294 320 186 220 179 211

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.