cabir

cabir Xəbərlər 23-03-2025, 21:30

Məktəblərdə YENİLİK - BUNLAR DAHA OLMAYACAQ

Məktəblərdə YENİLİK - BUNLAR DAHA OLMAYACAQ
"Rəqəmsallaşma prosesi çərçivəsində sadəcə kağız jurnalların deyil, şagirdlərin şəxsi işləri ilə bağlı digər kağız materialların, müəllimlərin perspektiv, tematik və dərs planlarının, şagirdlərin gündəliklərinin elektron versiyaya keçidi nəzərdə tutulub" Sun.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Keyfiyyətə nəzarət və monitorinq sektorunun müdiri Fidan Nəcəfova "Azərbaycan müəllimi"nə müsahibəsində bildirib. O qeyd edib ki, prosesin elektronlaşdırılması ilə müəllimin iş yükü azalacaq, qənaət edilmiş vaxtdan daha səmərəli istifadə ediləcək:

"Hazırda bu istiqamətdə müvafiq qanunvericilik aktları araşdırılır. Kağız jurnalların şagirdlərin summativ qiymətləndirilməsi ilə bağlı olan hissəsinin 5 il və daha artıq müddətdə dövlət sənədi kimi saxlanması mütləqdir. Elektron versiyada da həmin məlumatlar eyni zaman aralığında saxlanılacaq", – deyə o əlavə edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
246 240 227 145 215 210

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.