cabir

cabir Xəbərlər 24-03-2025, 13:30

Zaqatalada 34 yaşlı kişi dəm qazından boğularaq ölüb

Zaqatalada 34 yaşlı kişi dəm qazından boğularaq ölüb
Zaqatalada 34 yaşlı kişi dəm qazından boğularaq ölüb. Sun.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Aşağı Tala kəndində baş verib. Bakı şəhər sakini 34 yaşlı Sənan Oruc oğlu Məmmədovun meyiti bu gün səhər saatlarında yaşadığı evin hamamında aşkarlanıb.

İlkin məlumata görə, S.Məmmədov dəm qazından boğularaq ölüb.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, əslən Aşağı Tala kəndindən olan S.Məmmədov bayramı qeyd etmək üçün ailəsi ilə birlikdə kəndə qonaq gedibmiş.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
209 248 203 218 173 248

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.