cabir

cabir Xəbərlər 25-03-2025, 10:30

Moskva məhkəməsi AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı QƏRAR VERDİ

Moskva məhkəməsi AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı QƏRAR VERDİ
Moskvanın Basmannı məhkəməsi istintaqa 2024-cü ilin dekabrında AZAL-ın "Embraer 190" təyyarəsinin qəzaya uğramasına dair işlə bağlı Rusiyanın cənubunda iki ünvan üzrə sənədlərin götürülməsinə icazə verib. Sun.Az -a istinadən xəbər verir ki, bu barədə "RIA Novosti" məhkəmə materiallarına istinadən məlumat yayıb.

Qeyd olunub ki, bunu müstəntiq 2025-ci ilin yanvarında istəyib, prokuror isə onu dəstəkləyib.

İnstansiya iş materiallarını yoxlayaraq, vəsatəti əsaslı hesab edib. Məhkəmə sənədlərin götürülməsinə icazə verib və qərar qanuni qüvvəyə minib.

Xatırladaq ki, faciə 2024-cü il dekabrın 25-də baş verib. Təyyarənin göyərtəsində 67 nəfər olub, onlardan 38-i həlak olub. İlkin məlumata görə, təyyarə fiziki və texniki xarici təsir nəticəsində qəzaya uğrayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
143 218 188 221 161 191

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.