Bu zəngin şəhərin küçə adamı
Məni tanımadın, tüfeyli dedin,
Həsrət əridərmiş necə adamı…
Mən belə deyildim, sən etdin məni,
Bu zəngin şəhərin küçə adamı...
Ömür xəzan oldu, saraldım, soldum,
Elə bu dünyadan başladım, yandım,
Saxta sevgilərdən çevrilib oldum,
Zülmət könüllərin gecə adamı...
Sən hardan biləsən, axı mən kiməm,
Könül rübabında çalınan qəməm,
Bu saxta ünvanda sən demə mənəm,
Çirkab sevgilərin çiçə adamı.
Fərid Muradzadə
Həsrət əridərmiş necə adamı…
Mən belə deyildim, sən etdin məni,
Bu zəngin şəhərin küçə adamı...
Ömür xəzan oldu, saraldım, soldum,
Elə bu dünyadan başladım, yandım,
Saxta sevgilərdən çevrilib oldum,
Zülmət könüllərin gecə adamı...
Sən hardan biləsən, axı mən kiməm,
Könül rübabında çalınan qəməm,
Bu saxta ünvanda sən demə mənəm,
Çirkab sevgilərin çiçə adamı.
Fərid Muradzadə






