cabir

cabir Sağlamlıq 27-03-2025, 13:30

Uşaqlıqda antibiotiklərin təsiri diabetə səbəb ola bilər: Alimlərdən xəbərdarlıq

Uşaqlıqda antibiotiklərin təsiri diabetə səbəb ola bilər: Alimlərdən xəbərdarlıq
Körpəlik dövründə antibiotiklərin qəbulu mədəaltı vəzi hüceyrələrinin (beta-hüceyrələrin) inkişafını ləngidə və gələcəkdə şəkərli diabet riskini artıra bilər. Sun.Az -ın verdiyi məlumata görə, Kolorado Universitetinin alimləri apardıqları tədqiqatlardan sonra bu nəticəyə gəliblər. Araşdırmanın nəticələri "Science" jurnalında dərc edilib.

Tədqiqatçılar izah edirlər ki, beta-hüceyrələr doğuşdan az miqdarda olur, lakin müəyyən yaşda sürətlə çoxalmağa başlayır. Antibiotiklərin bu dövrdə orqanizmə təsiri bu prosesi poza bilər.

Eksperimentlər göstərib ki, bəzi bağırsaq mikrobları beta-hüceyrələrin artımını və insulin istehsalını gücləndirir. Xüsusilə "Candida dubliniensis" adlı göbələk bu baxımdan ən güclü təsirə malik olub.

Mikrobiotanın rolu daha bir təcrübədə sübut edilib: 7-12 aylıq sağlam körpələrin bağırsaq mikrobları yeni doğulmuş siçanlara köçürüləndə, onların beta-hüceyrələri böyüməyə başlayıb. Bu yaş dövründən kənar mikroblar isə belə təsir göstərməyib.

Bundan əlavə, birinci tip diabetə genetik meyilli siçanlar bu göbələklə yoluxdurulduqda, onların cəmi 15%-də xəstəlik inkişaf edib, halbuki mikrobsuz mühitdə saxlanılan siçanların 90%-i diabetə tutulub.

Eyni zamanda, antibiotik qəbul edən siçanlarda qan şəkəri yüksəlib, insulin səviyyəsi azalıb və metabolik pozuntular müşahidə edilib.

Alimlər bildirirlər ki, bu təsirlər insanlarda da ola bilər, lakin bunun dəqiq təsdiqi üçün əlavə tədqiqatlar aparılmalıdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
210 193 163 253 201 187

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.