amon

amon İdman 28-03-2025, 02:38

"Mançester Siti"nin qapıçısı karyerasını Türkiyədə davam etdirə bilər

"Mançester Siti"nin qapıçısı karyerasını Türkiyədə davam etdirə bilər

İngiltərənin “Mançester Siti” klubunun qapıçısı Ederson karyerasını Türkiyədə davam etdirə bilər.

“LoaDinG.Az” “Tribal Football”a istinadən xəbər verir ki, Joze Mourinyonun baş məşqçisi olduğu “Fənərbağça” 31 yaşlı qolkiperi heyətinə qatmaq niyyətindədir.

Səudiyyə Ərəbistanı klublarından da təkliflər alan Ederson 2017-ci ilin yayından Mançester təmsilçisinin formasını geyinir. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, bazar dəyəri 25 milyon avro olaraq qiymətləndirilən qapıçı Premyer Liqanın cari mövsümündə meydana çıxdığı 19 oyunda 23 qol buraxıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
260 235 246 282 201 193

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.