HASANLY

HASANLY Xəbərlər 29-03-2025, 13:00

Tramp: "İran danışıqlar aparmalıdır, yoxsa çox pis nəticələrlə üzləşəcək"

Tramp: "İran danışıqlar aparmalıdır, yoxsa çox pis nəticələrlə üzləşəcək"

"Əgər İran hökuməti Tehranın nüvə proqramı ilə bağlı Vaşinqtonla razılığa gəlməsə, ölkə çox pis nəticələrlə üzləşəcək".

Loading.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Dövlət başçısı konkret nəyin baş verə biləcəyini açıqlamayıb.

"Məktubda yazdım ki, siz bir qərar verməlisiniz: "Ya biz danışıb məsələni danışıqlar yolu ilə həll etməliyik, ya da İranın başına çox pis şeylər gələcək və mən bunun olmasını istəmirəm", - o, Seyid Əli Xameneiyə yazdığı məktubun məzmununa toxunaraq əlavə edib.

Tramp gərginliyi sülh yolu ilə həll etmək istədiyini vurğulayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
266 248 242 255 233 235

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.