cabir

cabir Xəbərlər 30-03-2025, 18:00

Aprelin 1-dən qüvvəyə minəcək YENİ QANUNLAR

Aprelin 1-dən qüvvəyə minəcək YENİ QANUNLAR

Rusiyada bir sıra yeni qanunlar aprelin 1-dən qüvvəyə minəcək. Onlardan biri rus dilini bilməyən miqrant uşaqlarının məktəbə qəbuluna qadağa qoyur.

Bunu Dövlət Dumasının spikeri Vyaçeslav Volodin "Telegram" kanalında yazıb.

"Onlar ümumtəhsil müəssisəsinə daxil olduqda, ölkəmizin ərazisində olmalarının qanuniliyini, habelə rus dilini bilmə səviyyəsini yoxlamaq üçün məcburi yoxlama tətbiq olunur. Bu, həm uşağın özü, həm onun sosial adaptasiyası, həm məktəb kurikulumunu uğurla mənimsəməsi, həm də sinif yoldaşları və müəllimləri üçün vacibdir", – Volodin qeyd edib.

Bundan əlavə, telefon fırıldaqçılarına qarşı qanun qüvvəyə minəcək. Aprelin 1-dən etibarən Rusiya vətəndaşının adına 20-dən çox SİM kart qeydiyyata alına bilməz və "Gosuslugi"-də hər bir rus ona neçə kartın qeydiyyata alındığını yoxlaya biləcək.

Uşaq istirahət və sağlamlıq müəssisələrində tərbiyə işinin vahid proqramı haqqında qanun da qüvvəyə minəcək. Volodin bildirib ki, məktəblilərə ənənəvi mənəvi-əxlaqi dəyərlər aşılanacaq, zəhmətkeşlik və Vətən müdafiəçilərinin xatirəsinə hörmət hisslərinin inkişafına xüsusi diqqət yetiriləcək./ Loading.Az

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
231 146 216 169 181 181

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.