ice berg

ice berg Moda.Dəb 2-04-2025, 20:00

Yaz fəslinin parça seçimi necə olmalıdır? - MODELYER AÇIQLADI

Yaz fəslinin parça seçimi necə olmalıdır? - MODELYER AÇIQLADI

"Yaz fəslinə uyğun olan parçalardan daha çox ipəyə üstünlük verəcəyik. Bundan əlavə parıltılı şifon parçalar dəbdədir. Həmçinin pambıq tərkibli parçalara da üstünlük veriləcəkdir. Bütün bu parçalar yaz və yay fəslinin parçalarıdır. Yəni bu parçalar yay mövsümünə aiddir". Bu sözləri  açıqlamasında modelyer Leyla Əhmədova deyib.

 

Onun sözlərinə görə, yaz mövsümünun rəng üslubları sırasında tünd yaşıl dəbdədir: "Həmçinin tünd narıncı rəngli geyimlər dəbdədir. Narıncı və sarı rənglər isə artıq yay fəslində dəbdə olacaq. Bununla yanaşı insanlar qızıl rənglərə də üstünlük verə bilərlər. Əsasən bu rəng aksessuarlarda üstünlük təşkil edəcək. Eyni zamanda qızılı rəngdə olan çantalarıda bu mövsüm istifadə edə bilərlər. Əsasən vurğulamaq lazımdır ki, qızılı və gümüşü rənglərdə bu il dəbdə olacaq. Geyimlərə gəldikdə isə mövsümün ən dəbdə olan geyimi qısa ətəklərdir. Həmçinin daha sərbəst, boş, "oversize" şalvarlara üstünlük veriləcək".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
239 220 275 247 193 224

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.