cabir

cabir Xəbərlər 2-04-2025, 19:30

"Aprel döyüşləri böyük zəfərə gedən yolumuzda ilk uğurlu sınağımız oldu" - Bəhruz Məhərrəmov

"Aprel döyüşləri böyük zəfərə gedən yolumuzda ilk uğurlu sınağımız oldu" - Bəhruz Məhərrəmov

Aprel döyüşlərindən 9 il ötür.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov    Loading.Az         

-a bildirib ki, aprel qələbəmiz Ermənistanda Sarkisyan-Köçəryan murdar cütlyünün və xunta rejiminin bütün dayaqlarının sonu oldu:

"Aprel döyüşləri, heç şübhəsiz ki, böyük Zəfərə gedən yolumuzda ilk uğurlu sınağımız oldu.
Texniki olaraq aprel döyüşlərində biz Ordumuzun döyüş qabiliyyətini, ən müasir silah və sursatı, xüsusən 6-cı nəsil hərbi texnologiyanı yerli şəraitdə, real müharibə zəminində tətbiqi baxımdan yoxlamaq imkanı əldə etdik. Mənəvi baxımdan isə aprel əməliyyatları Azərbaycan insanının əzmi və milli vəhdətinin sınağı üçün mühüm bir mərhələ oldu. Biz xalq olaraq bu sınaqdan üzüağ çıxdıq. 25 il sonra, nəhayət ki, o zaman hələ də işğalda olan ərazilərimizin bir qismini işğaldan azad etdik, Böyük Qayıdışın ilk mini formatını reallaşdırdıq, Cocuq Mərcanlı misalında işğaldan azad edilmiş ərazilərdə qısa müddətdə nələr edə biləcəyimizi göstərdik.
Aprel döyüşləri Ermənistan hakimiyyətinin, cinayətkar xunta rejiminin formalaşdırdığı və ermənilərin də sidq ürəklə inandığı "məğlubedilməzlik" mifini darmadağın etdi. 2016-cı ilin aprelinə qədər Ermənistanda bu fikirdə idilər ki, heç kəs Ohanyan səddini keçə bilməz, amma Azərbaycan hərbçisi bunu bir neçə saata etdi. Aprel qələbəmiz, həmçinin Ermənistanda Sarkisyan-Köçəryan murdar cütlyünün və xunta rejiminin bütün dayaqlarının sonu oldu.
Bu mənada, biz Aprel döyüşlərinə yalnız uğurlu hərbi əməliyyat kimi yox, müzəfər Ali Baş Komandan İlham Əliyev tərəfindən reallaşdırılan və regionun taleyini dəyişən mürəkkəb hərbi-siyasi hadisə kimi yanaşmalıyıq. Heç şübhəsiz ki, bizim Vətən müharibəsi zəfərimizin kökündə dayanan vacib amillərin arasında ilk yerlərdən birini məhz Aprel qələbəmiz tutur.
Aprel döyüşlərinin 9-cu ildönümündə bütün şəhidlərimizi rəhmət və sevgi ilə anır, döyüş iştirakçılarına isə hörmət və ehtiramımızı çatdırırıq".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
192 160 160 184 194 227

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.