HASANLY

HASANLY Xəbərlər 2-04-2025, 15:17

Almaniya Prezidenti: "Ermənistan ilə Azərbaycan arasında sülh prosesinin çox böyük əhəmiyyəti var"

Almaniya Prezidenti: "Ermənistan ilə Azərbaycan arasında sülh prosesinin çox böyük əhəmiyyəti var"

"Ermənistan ilə Azərbaycan arasında sülh prosesinin çox böyük əhəmiyyəti var".

AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib.

Son bir il ərzində bu istiqamətdə atılan addımlar və əldə olunan irəliləyişlər münasibətilə təbriklərini ifadə edən Almaniya Prezidenti deyib: "Razılaşmanın əldə olunması ilə bağlı mühüm an yetişib. Ümid edirəm ki, bu andan istifadə olunaraq sülh müqaviləsi imzalanacaq və sizin regionda əsl davamlı sülh yaranacaq. Mən buna çox böyük ümidlər bəsləyirəm" .

Prezident Frank-Valter Ştaynmayer Almaniyanın bu prosesdə lazımi dəstəyi verməyə hazır olduğunu əlavə edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
167 158 154 178 189 201

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.