Nəzarətə alınan Cem Yiğit Üzümoğlu diqqət çəkən paylaşımlar etdi
Məşhur aktyor Cem Yiğit Üzümoğlu İstanbul Respublika Baş Prokurorluğunun başlatdığı boykot çağırışı istintaqında saxlanılıb. Sun.Az
türk mediasına istinadən xəbər verir ki, Üzümoğlunun 2 aprel boykotunu dəstəkləyən və "Düşünməyən sənətçi ola bilməz" dediyi paylaşımlar diqqət çəkib.
Üzümoğlu Aybüke Pusatın boykot paylaşımlarına görə TRT-nin "Teşkilat" serialından çıxarılmasına da münasibət bildirib.
Üzümoğlu, "Konstitusiyamızın 25, 26, 34-cü maddələrində toplaşma və yürüyüş etmək hüquqlarımızın olduğu bildirilir. Bu hallar etiraz formasıdır. Aybüksət xanımın hüquqları əlindən alınmamalıdır!" deyə bildirib.






