HASANLY

HASANLY İdman 4-04-2025, 11:06

Azərbaycan çempionatında Premyer Liqaya vəsiqə qazanan ilk komanda bəlli olacaq

Azərbaycan çempionatında Premyer Liqaya vəsiqə qazanan ilk komanda bəlli olacaq

Bu gün Azərbaycanın I Liqasında çıxış edən "Qəbələ" ilə "Baku Sportinq" üz-üzə gələcək.

Loading.Az xəbər verir ki, "Qəbələ" bu görüşdə rəqibinə qalib gələcəyi təqdirdə, növbəti mövsümdə Azərbaycan Premyer Liqasında çıxış etmək üçün vəsiqəni təmin edəcək.

Belə ki, hazırda, ən yaxın rəqibi olan "Karvan"ı 11 xal qabaqlayan "Qəbələ" bugünkü görüşdə uduzmayaraq sona yeddi tur qalmış vəsiqəni təmin etmiş olacaq.

Qeyd edək ki, "Qəbələ" aktivindəki 49 xalla turnir cədvəlinin lideridir. "Karvan" 38 xalla ikinci, "İmişli" isə 34 xalla üçüncüdür. Dördüncü pillədəki "Baku Sportinq"in aktivində 26 xalı var. "Zaqatala" 25 xalla beşinci, MOİK 22 xalla altıncı, "Mingəçevir" isə 21 xalla yeddincidir. Səkkizinci pillədəki "Difai Ağsu"nun 19, doqquzuncu sıradakı "Cəbrayıl"ın isə 17 xalı var. "Qaradağ Lökbatan" 16 xalla turnirin cədvəlinin sonuncusudur.

Xatırladaq ki, cari mövsüm, Əsasnaməyə uyğun olaraq, sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək, əvəzində I Liqadan üç komanda birbaşa yüksək dəstəyə vəsiqə qazanacaq.

4 aprel

I Liqa

XX tur

Saat 16:00, "Baku Sportinq" - "Qəbələ".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
170 184 160 198 175 182

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.