HASANLY

HASANLY Xəbərlər 4-04-2025, 11:44

Qambiya prezidenti İlham Əliyevi təbrik etdi

Qambiya prezidenti İlham Əliyevi təbrik etdi

Qambiya Respublikasının Prezidenti Adama Barrou Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Loading.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Müqəddəs Ramazan bayramı münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına Qambiya Respublikasının hökuməti və xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Qoy bu mübarək bayram Sizə, ailənizə və qardaş Azərbaycan xalqına bol ruzi-bərəkət, əmin-amanlıq, firavanlıq və mənəvi rifah gətirsin.

Ramazan bayramı mənəvi təfəkkür, sədaqət, şəfqət bayramıdır, eləcə də imanımızı gücləndirmək, Uca Yaradandan mərhəmət diləmək və bəşəriyyətə xidmət etmək öhdəliyimizi yeniləmək üçün mühüm məqamıdır. Bu müqəddəs bayram münasibətilə bütün müsəlman ümmətinə Allahın sonsuz mərhəmətini diləyirəm.

Zati-aliləri, Sizə ən xoş arzularımı bildirir, dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
167 141 165 171 183 160

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.