Bu gün dövlət qulluğu üzrə imtahan keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2025-ci il aprelin 6-da inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə altqruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə altqrupuna uyğun vəzifələr üzrə qəbul imtahanı keçiriləcək. Bu barədə DİM-dən bildirilib.
BB vəzifə altqrupu üzrə test imtahanı
İmtahanda iştirak üçün 1636 namizəd qeydiyyatdan keçib.
Namizədlər bu linkə daxil olub “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər.
İmtahan saat 11:00 və 16:00 olmaqla iki növbədə keçirilir. Müvafiq olaraq saat 10:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.
Fəaliyyətin davam etdirilməsi üzrə imtahanda iştirak etmək üçün AC qrupu üzrə 6, BA qrupu üzrə 26, BB qrupu üzrə isə 96 olmaqla, ümumilikdə 128 namizəd qeydiyyatdan keçib.







