ice berg

ice berg Məşhurlar 6-04-2025, 17:00

"Mənə dedi ki, daha niyə gəldin, gərək gəlməzdin"

"Mənə dedi ki, daha niyə gəldin, gərək gəlməzdin"

Müğənni Rahidə Baxışova aparıcı xanımlardan biri ilə efirdə mübahisəsindən söz açıb.

 

Loading.aZ xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "Günə bax" verilişində danışıb.

 

Baxışova bildirib ki, verilişə gecikdiyi üçün aparıcı xanım ona efirdə irad tutub:

 

"Günlərin bir günü başıma bir hadisə gəldi. Efirə biraz gecikmişdim. Xanım aparıcı efirdə mənə dedi ki, daha niyə gəldin verilişə, gərək gəlməzdin. Onun mənə söylədiklərinə diqqətlə qulaq asdım, sakitcə çantamı götürdüm. Məni çağıranda dedim ki, yox! Deyirsən ki, niyə gəlmisən. Məndə başa düşdüm ki, həqiqətən bu verilişə mən niyə gəlmişəm. Çantamı götürüb verilişdən getdim. Bunu mədəni şəkildə etdim. Heç bir sənətçi bilə-bilə efirə gecikməz. Bu toya da aiddir. İstər bunun aparıcısı belə olsun. İnsan istəyir ki, evinə də, iş yerinə də gedib tez çatsın".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
216 200 201 200 200 225

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.