HASANLY

HASANLY Xəbərlər 7-04-2025, 11:57

Aİ Rusiyanın hücumuna hazırlaşır: Tarix açıqlandı

Aİ Rusiyanın hücumuna hazırlaşır: Tarix açıqlandı

"Avropa İttifaqı 2030-cu ilə qədər Rusiyanın hücumuna hazır olmalıdır".

Loading.Az xəbər verir ki, bunu Aİ-nin müdafiə məsələləri üzrə tarixdə ilk komissarı Andrius Kubilius DW-ə müsahibəsində bildirib.

Onun fikrincə, hazırda Aİ-nin qarşılaşdığı iki əsas çağırış var:

"Birincisi Rusiyanın aqressivliyi ilə bağlıdır. Ukraynada davam edən münaqişə buna sübutdur. İkinci çağırış isə Çinin hərbi gücünün artması nəticəsində ABŞ-nin Avropa qitəsindəki mövcudluğunu azaltma ehtimalıdır. Biz buna hazırlaşmalı, təhlükəsizlik məsuliyyətinin daha çox hissəsini öz üzərimizə götürməliyik", - o bəyan edib.

Kubilius həmçinin qeyd edib ki, Aİ təxribatlara da cavab verməlidir:

"Baltik kabelləri, Almaniyanın dəmir yolları, infrastruktur obyektlərindəki diversiyalar - bütün bunlar hibrid müharibə aparmaq üçün xüsusi olaraq həyata keçirilir, lakin bu, NATO-nun 5-ci maddəsində (kollektiv müdafiə) nəzərdə tutulan səviyyəyə çatmır. Rusiyanın aqressiya təhlükəsi bütün ölkələr tərəfindən kifayət qədər dərindən anlaşılır", - deyə Kubilius vurğulayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
180 183 211 193 161 207

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.