cabir

cabir Məşhurlar 5-04-2025, 16:30

Afaq "Xəzər TV"dən getməsi ilə bağlı sualları cavablandırdı

Afaq "Xəzər TV"dən getməsi ilə bağlı sualları cavablandırdı

Aparıcı Afaq Gəncəli "Xəzər TV" ilə yollarını ayırmasından danışıb.     Sun.Az           

xəbər verir ki, aparıcıya "Həmin Zaur" verilişində "Gedəndə qapını çırpıb gedirsiniz, yoxsa ehtimal olaraq aralı saxlayırsınız" sualı ünvanlanıb.

"Gedirəmsə, qapını çırpmıram, bağlayıram. Sındırmaqla, çırpmaqla aram yoxdur. Adam var ki, sındırır, dağıdır bununla da ürəyi sakitləşir. Mən belə deyiləm. Sadəcə bağlayıram" deyə, Afaq cavab verib.

Aparıcı daha sonra "Mən bildim siz nəyi nəzərdə tutursunuz (gülür). Siz bu sual ilə kanal məsələsini deyirsiniz. Baxır haradan, necə gedirsən. Getmədim, sadəcə, havamı dəyişdim. Hər yerin havası gözəldir" sözlərini əlavə edib.

Qeyd edək ki, A.Gəncəli uzun illər çalışdığı ATV kanalı ilə yollarını ayırdıqdan sonra "Xəzər TV"də işə başlayıb. Aparıcı bu mövsün fəaliyyətini yenidən ATV-də davam etdirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
176 190 191 169 182 158

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.