cabir

cabir Xəbərlər 9-04-2025, 12:03

Azərbaycanda bu əraziyə giriş qadağan edildi

Azərbaycanda bu əraziyə giriş qadağan edildi

Turizm Agentliyi tərəfindən yaradılmış Palçıq Vulkanları Turizm Kompleksindən kənarda olan vulkanlara gediş qadağan olunub.    Sun.Az    

xəbər verir ki, bu sözləri Axar.az-a Qobustan rayon sakinləri bildirib.

Sakinlərin sözlərinə görə, kompleksdən kənarda olan vulkana ziyarətə getməyə icazə verilmir.

Onlar bildiriblər ki, kompleksə daxil olan vulkan ərazilərinə giriş ödənişlidir, buna görə də ziyarətçilər əsasən kənar vulkanlara ziyarətə üstünlük verir. Turizm Agentliyi isə bunu qadağan etməklə, öz maraqlarını təmin etməyə çalışır.

Sakinlər həmçinin kompleksdən kənardakı vulkanlara turist ziyarəti üçün taksi və digər xidmətlər göstərdiklərini, bunun sayəsində dolandıqlarını, bu qadağanın onları çörəksiz qoyduğunu da bildirirlər.

Məsələ ilə bağlı Dövlət Turizm Agentliyinin Qoruqların İdarəetmə Mərkəzinin mətbuat xidmətindən bildirilib ki, vulkanların təbii özünübərpa prosesi üçün tələb olunan zəruri müddət nəzərə alınaraq, mütəxəssislərin rəyi əsasında sözügedən əraziyə giriş müvəqqəti dayandırılıb və burada informasiya, mühafizə köşkü fəaliyyətə başlayıb.

    

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
204 260 193 252 256 286

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.