HASANLY

HASANLY İdman 9-04-2025, 14:18

"Liverpul"un sabiq israilli futbolçusunun evinə bomba atıldı

"Liverpul"un sabiq israilli futbolçusunun evinə bomba atıldı

İngiltərənin "Vest Hem", "Arsenal", "Liverpul" və "Çelsi" klublarında çıxış etmiş israilli futbolçu Yossi Benayunun evinə əl qumbarası atılıb.

Loading.Az "The Sun"a istinadla xəbər verir ki, polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

Məlumata görə, təhlükəsizlik qüvvələri baş verən hadisənin İsrail-Qəzza müharibəsi ilə heç bir əlaqəsi olmadığını bildirib. Əl qumbarası evin önündən keçən motosikletçi tərəfindən atılıb.

Sabiq futbolçu baş verənlərlə bağlı bunları söyləyib:

"Əvvəlcə qaz balonunun partladığını düşündüm və yanğınsöndürənləri çağırdıq. Amma polislər evə gələrək qumbaranın qalıqlarını tapdıqda, əslində nə baş verdiyini anladıq".

Qeyd edək ki, Premyer Liqanın bir sıra klublarında forma geyinən Yossi "Liverpul"dakı çıxışı ilə azarkeşlərin sevimlisinə çevrilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
226 191 213 222 211 179

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.