Kimsəsizlər evindəki bir uşaq
Kimsəsizlər evindəki bir uşaq
Gecə quran oxuyaraq dırnağını yeyirdi...
Və Allaha deyirdi;
"Anam ölüb, yoxsa canı qurtarıb?
Neçə vaxtdı döyülmür...
Görən, indi belindəki göyərtilər sağalıb?
Sol dizində sıyrıq vardı - o qalıb?"
Bir az susub, yənə dedi Allaha;
Qucağımda göndərdiyin kitab var,
Yazmısan ki, cənnətdə də şərab var,
Atam ora düşəcəksə, gizlə şərab şüşəsin!
Ya da anam ordadısa, atam ora düşməsin...
İlkin Ziya







