ice berg

ice berg Şeirlər 11-04-2025, 23:00

Mən səni sakitcə, yavaşca sevmək istəyirəm

Mən səni sakitcə, yavaşca  sevmək istəyirəm

Dünyanın ən güclü adamı

ola da bilmərəm,

olmaq da istəmirəm.

İstəmirəm bir kimsə

mənimlə qorxuda bir kimsəni.

 

Dünyanın ən varlı adamı

ola da bilmərəm,

olmaq da istəmirəm.

Mənə ən böyük dünya varı

qapı-pəncərəsi açıq

üzü-gözü gülən bir alaçıq!

 

Mən səni, mən səni

Dünyada hamıdan çox

sevə də bilmərəm,

sevmək də istəmirəm,

çünki ancaq yalandan sevənlər

hamıdan çox sevirlər.

 

Mən səni sakitcə, yavaşca

sevmək istəyirəm.

Sevmək istəyirəm Tanrıdan yazılantək,

Bir balaca quş

Öz balaca yuvasının

küncünə qısılantək

 

Vaqif Bayatlı

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
252 266 235 205 251 225

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.