Yataq otağınızdakı 7 əşya rahat yatmağınıza imkan vermir - Nə etməli?
Yataq otağı istirahət, enerji toplama və rahatlama üçün nəzərdə tutulmuş bir məkandır. Lakin bəzi dekorativ əşyalar yuxunun keyfiyyətinə mənfi təsir göstərə, narahatlıq hissi yarada və hətta təşvişə səbəb ola bilər.
Loading.aZ xarici mediaya istinadla yataq otağında hansı əşyalardan uzaq durmağın vacib olduğunu və onları nə ilə əvəz etməyin daha yaxşı olduğunu izah edir. Məqsəd – harmonik və rahat bir atmosfer yaratmaqdır.
7 əşya hansılardır?
1. Parlaq və aqressiv təsvirlər
Dalqınlı dəniz mənzərələri, neon rəngli posterlər və ya çox mürəkkəb abstrakt rəsmlər emosional gərginlik yarada bilər. Bu vizual xaos beynin tam rahatlamasına imkan vermir və yuxuya getməyi çətinləşdirir. Kəskin kontrastlı şəkillər və hərəkətli səhnələr narahat yuxulara səbəb ola bilər.
Nə ilə əvəz etməli?
Pastel tonlarda akvarel rəsmlər, təbiət mənzərələri və ya yumşaq xətlərə malik sakit təsvirlər daha uyğun seçimlərdir.
2. Çarpayının qarşısında böyük güzgülər
Güzgünün birbaşa çarpayı qarşısında yerləşdirilməsi narahatlıq yarada bilər. Gecə qəfildən oyananda öz əksinizdən qorxmaq ehtimalı var. Bundan başqa, güzgülər enerjini gücləndirir və bu da həmişə sakitləşdirici təsir göstərmir.
Alternativ variant:
Güzgünü yan divara yerləşdirin və ya dumanlı səthli dolablar seçin.
3. Kəskin və güclü qoxular
Sintetik ətirlər və ya həddindən artıq istifadə olunan efir yağları baş ağrısı və yuxusuzluq yarada bilər. Güclü çiçək, müşk və ya şirin qoxular xüsusilə yataq otağında yersizdir.
Nə seçmək olar?
Lavanda, sandal, vanil və ya yumşaq sitrus tonlarında təbii efir yağı şamları və ya yüngül difuzerlər daha uyğundur.
4. Həddindən artıq xırda aksesuarlar
Çox sayda kiçik əşyalar – fiqurlar, çərçivələr, suvenirlər – vizual qarışıqlıq yaradır və beyinə əlavə informasiya yükləyir. Nəticədə otaq istirahət yeri olmaqdan çıxıb muzeyə çevrilir.
Tövsiyə:
Yalnız sizin üçün mənalı olan bir neçə əşya saxlayın və minimalizmə üstünlük verin. Sadəlik sakitlik gətirir.







