cabir

cabir Xəbərlər 10-04-2025, 16:30

Natəvan Bayramova vəzifədən getdi

Natəvan Bayramova vəzifədən getdi

Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi Natəvan Bayramova tutduğu vəzifədən gedib.     Sun.Az         

-ın əldə etdiyi məlumata görə, o, işdən azad olunması ilə ilə bağlı ərizəsini Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynova təqdim edib.

Natəvan Bayramova açıqlamasında xəbəri təkzib etməyib:

"Hələlik bu barədə açıqlama vermək istəmirəm. Uyğun bir zamanda məsələ ilə bağlı sosial şəbəkə hesabımda məlumat verəcəyəm".

Qeyd edək ki, Natəvan Bayramova bu vəzifəyə 2023-cü ilin fevralında təyin edilmişdi. 2019-cu ildən 2022-ci ilin dekabr ayınadək isə o, "Azərbaycan Dəmir Yolları" QSC-də Mətbuat katibliyi şöbəsinin rəisi vəzifəsində çalışıb.

N.Bayramova 2005-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2008-2010-cu illərdə BDU-nun Jurnalistika fakültəsində magistr dərəcəsi alıb.

Peşə fəaliyyətinə 2005-ci ildə İctimai Televiziya və Radio Yayımları Şirkətində redaktor kimi başlayıb. 13 ilə yaxın müddətdə həmin şirkətdə böyük redaktor, Yayım Şurasının icraçı katibi, Gənclər-elm və təhsil departamentinin direktor müavini işləyib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
216 195 150 192 222 190

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.