Melisa Döngel şəxsi həyatı ilə bağlı yayılan xəbərləri təkzib etdi
Şəxsi həyatı ilə tez-tez gündəmdə olan Melisa Döngel, iş adamı Öncü Sönməzlə qısa müddətli münasibətdə olması xəbərlərini təkzib edib. Sun.Az
Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa İstanbulda jurnalistlərin suallarını cavablandırarkən, haqqında yayılan iddialara aydınlıq gətirib.
Melisa Döngel bu barədə belə deyib: "Axı biz insanıq, münasibətlərimiz var. Hər şeyi başlayıb bitiririk. Bundan başqa, bu da işimizin bir hissəsidir. Şəxsi həyatımın gündəmdə olması məni narahat etmir. Lakin mənim iş adamı Öncü Sönməzlə heç bir münasibətim olmayıb."






